İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası necə aparılacaq? - AÇIQLAMA + VİDEO

GÜNDƏM 10.09.2022 1213

“İki fəndən dərs deyən müəllimlərin sertifikasiyası onların seçimi əsasında aparılacaq. Müəllim hansı fənn üzrə sertifikasiyadan keçmək istəsə, ona bu istək üzrə imkan yaradılacaq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

Amma tövsiyə olunur ki, müəllim hansı fəndən daha çox saat dərs deyirsə, sertifikasiya üçün də məhz o fənni seçsin. Müəllimlərin dərs saatları ilə bağlı məlumatlar isə yerli idarələrdən alınacaq.

Şöbə müdiri həmçinin bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşma imtahanlarının test mərhələsi artıq bitib və növbəti həftədən onların onlayn qaydada müsahibə mərhələsi başlayacaq. Müəllimlər regional təhsil idarələrinə yaxınlaşaraq ordakı texniki şəraitə uyğun müsahibə mərhələsində iştirak edəcəklər və nəzərdə tutulan bir neçə meyar üzrə qiymətləndiriləcəklər.

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top