Müdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb - FOTO

GÜNDƏM 09.09.2022 1132

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top