Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ + VİDEO

GÜNDƏM 09.09.2022 1094

Sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top