İstanbulda küçəni mavi su basdı - VİDEO

DÜNYA 08.09.2022 1249

Türkiyənin İstanbul şəhərinin Sultanqazi səmtindəki məhəllədə kanalizasiya lyuklarından mavi su axmağa başlayıb.

Nəticədə küçələr mavi rəngə boyanıb. Daşan su bəzi mağazalara dolub. Mavi su məhəllə sakinlərinin narahatlığına səbəb olub. 

İstanbul Su və Kanalizasiya İdarəsinin qrupları tərəfindən lyuklarda iş aparılıb. Məhəllənin ətraf ərazilərində üç fabrik olduğu məlum olub. Nəticədə fabriklərdən kanalizasiyaya buraxılan tullantıların suya qarışdığı və kanalı tıxadığı müəyyənləşib. Təxminən bir saatlıq işdən sonra tıxanmış xətlə bağlı problem aradan qaldırılıb, mavi su axını dayandırılıb.

Dükanını su basan sahibkar 200 min lirəyə yaxın pul itirdiyini bildirib.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top