Goranboyda evakuator qəza törətdi: Daşıdığı avtomobil yararsız hala düşdü - FOTO

HADİSƏ 08.09.2022 1357

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil isə yük yerindən aşaraq yararsız hala düşüb.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Üzərində “Mercedes-Benz” markalı avtomobil daşıyan evakuator “VAZ-21099” markalı avtomobillə toqquşub.

Nəticədə evakuatorun yük yerində olan nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top