Zərdab rayon MKS-nin Alıcanlı-3 kənd kitabxana filialının əməkdaşı Mirvarid Dilbazinin 110 illik yubileyi ilə əlaqədar kənd sakini Şəfayət Nuriyevin ailəsinə səyyar kitabxana xidməti göstərib

GÜNDƏM 06.09.2022 1135
Saat24.Az xəbər verir ki, Səyyar kitabxana xidməti- müəyyən səbəblərdən kitabxanaya gələ bilməyən oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliəyə maraqlarının artırılması məqsədi daşıyır.
2 sentyabr 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Alıcanlı-3 kənd kitabxana filialının əməkdaşı Gülüstan Nuriyeva Xalq şairi Mirvarid Dilbazinin 110 illik yubileyi ilə əlaqədar kənd sakini Şəfayət Nuriyevin ailəsinə səyyar kitabxana xidməti göstərib.
Gülüstan xanım Mirvarid Dilbazinin həıyat və yaradıılığı haqqında ailə üzvlərinə məlumat verib. Sonra şairənin əsərlərindən nümunələr təqdim edib. Ailə üzvlərindən Ziyadə müəllimə də şairənin “Ana qanadı” şeirini oxuyub.
Ailə üzvləri şairənin kitablarına abunə olublar.
Alilənin başçısı Şəfayət Nuriyev səyyar xidmətin təşkilinə görə Alıcanlı-3 kənd kitabxanasının kitabxanaçısı Gülüstan Nuriyevaya öz minnətdarlığını bildirib.



 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top