Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı Arvan kitabxana filialında "Gəncdən Gəncə" adlı görüş keçirilib-FOTO

CƏMİYYƏT 06.09.2022 1735

Saat24.Az-ın məlumatına görə sentyabr 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı Arvan kitabxana filialında Gənclərin inkişaf və Karyera Mərkəzinin Göyçay rayon nümayəndəliyi ilə birlikdə həmyerlimiz mədəniyyət yazarı və prodüsser Vasif Ayanla "Gəncdən Gəncə" adlı görüş keçirilib. Tədbir diskussiya şəklində təşkil olunub. Arvan kitabxanasının müdiri Mehriban Məmmədova tədbiri açaraq bildirib ki, bu tədbiri keçirməkdə əsas məqsəd rayondan Bakıya gedərək ali təhsil aldıqdan sonra necə karyera qurmaq, uğur qazanmaq yolları haqqında diskussiya edərək bu işdə uğur qazananların təcrübəsindən faydalanmağa, öyrənməyə siz gənclərə kömək etməkdən ibarətdir. Sonra söz Vasif Ayana verilib. Vasif Ayan bildirib ki, uğur qazanmaq heçdə asan iş deyil. Bunun üçün ilk öncə yaxsi təhsil almaq, çalışmaq və fəal olmaq lazımdır. Sonra gənclər Vasif Ayana suallar veriblər, təhsil karyera mövzusunda müzakirələr aparıblar.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top