Nişandan qayıdan ailə qəzaya düşdü: Ölən var

HADİSƏ 05.09.2022 1094
 

 

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az  xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Gülnarə Elyasova (1967), Vüsalə Elyasova (1979), Səyalı Mustafayeva (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top