Pakistanda daşqınların ölkəyə vurduğu maddi zərər açıqlanıb

DÜNYA 05.09.2022 1195

İyunun 14-dən Pakistan ərazisində davam edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində bir çox yol, körpü və ev dağılıb.

Məsələn, Kəlam vadisi ilə Bəhreyn şəhəri arasında 2018-ci ildə tikilən və 45 milyon dollara başa gələn yol yararsız hala düşüb.

Daşqınlar nəticəsində infrastruktura dəyən maddi ziyanın həcmi hələlik dəqiq şəkildə bəlli deyil. Ancaq sel fəlakətinin ölkəyə vurduğu zərərin 10-12,5 milyard dollar olduğu təxmin edilir.

Qeyd edək ki, iyunun 14-dən bu yana Pakistanda daşqınlar səbəbindən 1265 nəfər ölüb.

Mənbə: Anadolu

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top