Neftçalada azyaşlı dənizdə boğulub - YENİLƏNİB

HADİSƏ 01.09.2022 1340

Neftçalada 7 yaşlı uşaq dənizdə boğulub.

Saat24.Az-ın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala sakini, 2015-ci il təvəllüdlü Rüstəmov Əli Rafiq oğlu dənizdə boğulub.

 

Faktla bağlı araşdırma aparılır.

18:39

Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə (“Neftçala” sularda xilasetmə məntəqəsindən təqribən 600 metr aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top