Almaniya universiteti səhvən qəbul olunan 300 əlavə tələbəni xaric edir

DÜNYA 01.09.2022 1206

Almaniyanın Frankfurt şəhərindəki yerli Höte Universiteti ilkin olaraq Tibb və Stomatologiya sahələri üzrə 703 yerə qəbul elan edib. Siyahılar dərc olunub, əmrlər verildikdən sonra 282 nəfərin artıq qəbul edildiyi üzə çıxıb. Belə ki, laboratoriyaların tutumu belə çoxluq üçün nəzərdə tutulmayıb.

Eyni zamanda, qeydiyyatdan keçənlərin hamısı artıq mərkəzi sistemindən çıxarılıb. Bu isə o deməkdir ki, bu il həmin tələbələr artıq heç yerə daxil ola bilməzlər.

Yanlışlığın qurbanı olan gənclər artıq 20 000 nəfərin imzaladığı onlayn petisiya kampaniyasına başlayıblar.

Onlar universitetin bu vəziyyəti başqa yolla həll etməsini tələb edirlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top