Deputat Vətən müharibəsi qaziləri ilə görüşüb – FOTO

SİYASƏT 31.08.2022 2312

Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy rayon təşkilatı aparatının inzibati binasında təmsil etdiyi Goranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirib.

Saat24.Az xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev və rayon ağsaqqalları da iştirak edib.

Səmimi görüş zamanı Anar Məmmədov qazilərin gündəlik rastlaşdıqları problemləri dinləyərək, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Sonda çıxış edən qazilər  müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıbildiriblər.





XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top