Cəlilabadda açıq ərazidə yanğın baş verib - FOTO

HADİSƏ 31.08.2022 1436

Cəlilabad rayonunda yanğın olub.

Saat24.Az xəbər verir ki, yanğın Uzuntəpə kəndinin kənarında, Mahmudçala adlanan bataqlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 4 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da həmin yerdə daha bir yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top