Bakıda yol qəzasında ata və 8 yaşlı qızı xəsarət alıb, sürücü ölüb

HADİSƏ 31.08.2022 1479

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. BYD markalı avtomobili idarə edən Rüstəmov Nihad Fəzlulla oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Nağıyev Vamiq İlham oğlu və onun 8 yaşlı övladı Nağıyeva Sərvanə Vamiq qızı xəsarət alıb, sürücü Rüstəmov Nihad Fəzulla oğlu həyatını itirib. 

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Nahid Rüstəmovun avtomobildə sıxışmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəza ilə bağlı avtoekspertiza təyin edilib, araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top