Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO

HADİSƏ 31.08.2022 1369

Oğuzda yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub.

Saat24.Az-ın xəbərinə göə, Bunlar rayonunun Mollalı kənd sakinləri – sürücü, 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov və sərnişin Böyükağa Məhəmməd oğlu Hacıyev olub. B. Hacıyevin vəziyyəti ağır qiymətləndirilir.

23:40

Oğuz rayonunda yol qəzası baş verib.

Saat24.Az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “NİVA” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top