Simit satan yeniyetmənin sahibsiz heyvanları yemləməsi izləyənləri duyğulandırdı – VİDEO

GÜNDƏM 31.08.2022 1473

Türkiyənin Qaziantep şəhərində küçələrdə simit sataraq ailəsinə kömək edən yeniyetmənin ac olan sahibsiz it və pişiyi yemləməsi təhlükəsizlik kameralarına düşüb.

Daha sonra video sosial şəbəkələrdə yayılıb və ictimailəşib.

Mətbuat nümayəndələri Məhəmməd Kartal adlı oğlanı taparaq ondan müsahibə götürüb.

Mərhəmətli davranışı ilə diqqət mərkəzinə düşən yeniyetmə bildirib ki, küçədə yaşayan sahibsiz heyvanların ac olduğunu görüb və tərəddüd etmədən onlara yardım etmək qərarına gəlib.

“Onlar da canlıdırlar, qidaya, diqqətə ehtiyacları var. Ona görə də tərəddüd etmədən satmaq üçün aldığım simitlərdən birini onlara vermək qərarına gəldim”, – deyə Məhəmməd Kartal söyləyib.

Mənbə: İHA

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top