Girdəni-Havzava yolu yararsız vəziyyətdədir - VİDEO

GÜNDƏM 29.08.2022 1354

Uzun müddətdir ki, Lənkəran rayonunun Girdəni-Havzava kənd yolunda gediş-gəliş çətinləşib. Səbəb yolların baxımsızlıqdan yararsız vəziyyətə düşməsidir. Payız fəslində vəziyyət daha da acınacaqlı olur.

Saat24.Az. xəbər verir ki, sakinlərin sözlərinə görə, adıçəkilən yolda sonuncu dəfə əsaslı təmir 15 il bundan əvvəl aparılıb.

Bu yoldan istifadə edən sürücülər avtomobillərini təmir etdirməkdən təngə gəldiklərini deyirlər. İddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticəsi olmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar Nəcəfli bildirib ki, kəndarası avtomobil yollarının yenidən qurulması dövlət proqramı çərçivəsində öz həllini tapır.

İndi sakinlər uzunluğu 8.5 kilometr olan yolun təmir ediləcəyi günü gözləyirlər.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top