Yaponiya Afrika ölkələrinə 30 milyard dollar ayıracaq

DÜNYA 28.08.2022 1103

Yaponiya Afrika ölkələrinə 30 milyard dollar ayıracaq. Vəsaitlər əsasən tibb müəssisələrinin inkişafına, eləcə də taxılın alınmasına yönəldiləcək.

Bunu Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

O, bəyan edib ki, Tokio Afrika ölkələri ilə daha yaxından işləmək istəyir. Hökumət başçısı vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra müəyyən qaydalara əsaslanan beynəlxalq nizam təhlükə altındadır.

“Əgər status-kvonun güc yolu ilə birtərəfli dəyişməsinə icazə versək, bunun nəticələri təkcə Afrikaya deyil, bütün dünyaya yayılacaq”, - Yaponiyanın baş naziri deyib.

Qeyd edək ki, 30 milyard dollar Afrika İnkişaf Bankı ilə sıx koordinasiya şərtilə üç il ərzində istifadəyə veriləcək.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top