Avropa İttifaqının enerji nazirlərinin təcili iclası çağrılacaq

GÜNDƏM 27.08.2022 1183

Aİ-yə sədrlik edən Çexiya Aİ-nin enerji nazirlərinin növbədənkənar iclasını çağıracaq.

Bu barədə Baş nazir Petr Fiala özünün “Twitter” səhifəsində yazıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə razılığa əsasən, biz [Çexiya] Aİ-yə sədrlik edən ölkə kimi təcili olaraq enerji məsələləri üzrə Nazirlər Şurasının iclasını çağıracağıq. Bu iclasda enerji məsələlərinin həlli ilə bağlı xüsusi fövqəladə tədbirlər nəzərdən keçiriləcək”, - deyə Fiala bildirib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top