Oğuzda kənd yolları qəzalı vəziyyətdədir - FOTO

GÜNDƏM 26.08.2022 1208

Oğuzda kənd yollarının qəzalı vəziyyətdə olması sakinləri narahat edir.

Bu barədə Saat24-Az-ın Şimal-qərb bürosuna rayonun Qarabaldır kənd sakinləri məlumat veriliblər.

Sakinlər bildiriblər ki, uzun illərdir kənd yollarının bərbad vəziyyətdə olması səbəbi ilə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərkətində çətinliklər yaranıb: “Uzunluğu 4 kilometr olan Kərimli-Qarabaldır avtomobil yolu bu uzun illərdir ki, çalalı və kələ-kötürlü qalıb. Yayda toz-torpaq, yağıntılı havalarda isə yağış sularının yığıldığı çalalar sürücülərə və bu yoldan istifadə edən piyadalara əziyyət verir”.

Sonuncu dəfə 1984-cü ildə təmir olunan yoldan 600-nəfərdən artıq yerli sakin istifadə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Saat24-Az-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, adıçəkilən yolun yenidən qurulması nəzərdə tutulub.

Agentliyin mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, mərhələli şəkildə maliyyə vəsaiti ayrıldıqca bu yolların yenidən qurulması agentlik tərəfindən təmin olunacaq: “Altı yaşayış məntəqəsini birləşdirən 32 kilometr uzunluqda Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calut-Malıx avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub”.

 









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top