Bu il dünyada koronavirusdan ölənlərin sayı milyonu ötüb

DÜNYA 26.08.2022 1301

2022-ci ildə dünyada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı bir milyonu ötüb.

Bu barədə cümə axşamı Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, qeyd edib ki, dünya ictimaiyyəti “bu ölümlərin qarşısını almaq üçün bütün vasitələrə malikdir”.

ÜST rəhbəri bütün hökumətləri səhiyyə işçilərini, yaşlıları və ən çox risk altında olan digər insanları peyvənd etdirmək üçün əlavə səy göstərməyə çağırıb.  O, bildirib ki, ölkələr bütövlükdə əhalinin ən azı 70%-nin peyvəndlə əhatə olunmasına nail olmalıdır.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top