Çempionlar Liqasında yeni mövsümün püşkü atıldı

GÜNDƏM 26.08.2022 1069

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, bu mövsümkü final oyunun keçiriləcəyi İstanbul şəhərində baş tutan mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.

 

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) kollektivi Almaniya “Bavariya”sı, İspaniya “Barselona”sı və İtaliya “İnter”i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu: “Ayaks” (Niderland), “Liverpul” (İngiltərə), “Napoli” (İtaliya), “Reyncers” (Şotlandiya)

B qrupu: “Portu” (Portuqaliya), “Atletiko” (Madrid, İspaniya), “Bayer” (Almaniya), “Brügge” (Belçika)

C qrupu: “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “İnter” (İtaliya), “Viktoriya” (Plzen, Çexiya)

D qrupu: “Ayntraxt” (Frankurt, Almaniya), “Tottenhem” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Marsel” (Fransa)

E qrupu: “Milan” (İtaliya), “Çelsi” (İngiltərə), “Zaltsburq” (Avstriya), “Dinamo” (Zaqreb, Xorvatiya)

F qrupu: “Real Madrid” (İspaniya), “Leyptsiq” (Almaniya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Seltik” (Şotlandiya)

G qrupu: “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Kopenhagen” (Danimarka)

H qrupu: PSJ (Fransa), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Makkabi” (Hayfa, İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top