Nöqsan aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları açıqlanıb - SİYAHI

GÜNDƏM 23.08.2022 1159

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 17-19 avqustda Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə respublika üzrə fəaliyyət göstərən 111 heyvan kəsimi məntəqəsində aparılan monitorinqlər zamanı ümumilikdə 91 nöqsan müəyyən edib.

AQTA-dan verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülməsinə dair qərar qəbul edilib, 26 məntəqədə kəsim qurğuları sökülüb, 55 məntəqə sahibinə qanunvericiliyin tələbləri izah edilib və sonuncu xəbərdarlıq edilib.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş məntəqələr aşağıdakılardır:

Qanusuz metal konstruksiyaları sökülmüş müəssisələr

AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top