Ağcabədidə “Azərsu” əməkdaşını cərəyan vuraraq öldürüb

HADİSƏ 23.08.2022 1168

Ağcabədidə “Azərsu” ASC-nin 57 yaşlı əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

 

Saat24.Az-ın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbəsində baş verib.

Əslən Şuşa rayon sakini Qasımov Qırımxan Temur oğlunu iş prosesi zamanı elektrik cərəyanı vuraraq öldürüb.

Q.Qasımovun meyti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağcabədi şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayyət işi açılıb araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top