Göyçay rayon MKS-nin Mərkəzi kitabxanasında "İncə ruhlu şair' adlı tədbir keçirilib-Foto

CƏMİYYƏT 22.08.2022 1426

 

Saat24.Az xəbər verir ki,22 avqust 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-nin Mərkəzi kitabxanasında şeirləri dillər əzbəri olmuş Göyçaylı şair İsgəndər Coşqunun 95 illik yubileyinə həsr olunmuş "İncə ruhlu şair' adlı tədbir keçirilib. Tədbirdə kitabxana kollektivi və kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər. İlk öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bur dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Metodika-Biblioqrafiya şöbəsinin baş biblioqrafi Sevinc Qafurova açaraq qonaqları salamlayıb, İsgəndər Coşqunun poeziya şairi, bənzərsiz pedoqoq olması haqqında geniş söhbət açıb və şairin "Ana abidəsi" şeirini oxuyaraq şeirin məzmunu və ideyası haqqında iştirakçılara məlumat verib. Sonra Multimedia mütəxəssisi Güllü Paşayeva şairin həyatı haqqında məlumat verib və şairin şerini səsləndirib. Metodika -Biblioqrafiya şöbəsinin baş metodisti Nahidə Quliyeva şairin "Afərin Göyçaylılar" şeirini söyləyib. Tədbirin gedişatında şairin sözlərinə bəstələnmiş "Salamat qal ana" mahnısı səsləndirilib. Sonda tədbir iştirakçıları İsgəndər Coşqunun kitabları ilə və fotosərgi ilə tanış olublar və tədbirin bir qrup iştirakçıları şairin məzarını ziyarət ediblər.





 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top