Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər barələrində müvafiq tədbirlər görülüb - FOTO

GÜNDƏM 21.08.2022 1343

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki avtomobil yollarında təhlükəsizliyin artırılması,piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan şəxslər saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verilib və barələrində qanunamüvafiq tədbir görülüb.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top