Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı AÇIQLANIB

DÜNYA 21.08.2022 1252

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Belə ki, Mariupolda bir yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.

Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenskinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha üç uşaq ağır yaralanıb.

Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq-red), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top