Dünyada koronavirusa yoluxma sayı 600 milyonu ötdü – SON STATİSTİKA

GÜNDƏM 21.08.2022 1353

Dünyada 600,604,629 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 6,471,235 xəstə ölüb, 574,715,026 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95,331,020 nəfər), Hindistan (44,339,429 nəfər), Fransa (34,339,792 nəfər), Braziliya (34,279,785 nəfər) və Almaniyadır (31,808,179 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 19,077,674, Türkiyədə 16,671,848, İranda 7,503,369, Gürcüstanda 1,723,087, Ermənistanda isə 430,361 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 807,984 nəfərin 9,784-ü ölüb, 794,621 xəstə müalicə olunaraq sağalıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top