Biləsuvarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ 21.08.2022 1070

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 ha sahədə kol-kos və qamışlıq yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

01:19

Oğuz rayonunun Calut kəndi yaxınlığında meşəətrafı ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23:33

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

23:00

Biləsuvar rayonunda yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın Mahmudçala Ovçuluq Təsərüfatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top