Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

GÜNDƏM 20.08.2022 1403

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1395 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza vaksin vurduranların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 122 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 847 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 969, üç və daha çox doza vaksin vurduranların sayı 3 356 882, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 906 təşkil edir.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top