Çexiyada “Qarabağ” azarkeşləri üçün neçə bilet ayrılıb?

GÜNDƏM 20.08.2022 1017

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Plzen şəhərində “Viktoriya”ya qarşı keçirəcəyi cavab matçında azərbaycanlı azarkeşlər üçün sektor ayrılıb.

 

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, bunun üçün 627 bilet ayrılıb.

Həmin biletlər “Dusan Arena”nın U12 və U13 sektorları üçün nəzərdə tutulub. Biletlərin qiyməti 25 avrodur. Həmin biletlərin satışı yalnız oyun günü – avqustun 23-də həyata keçiriləcək.

Xatırladaq ki, çexiyalı azarkeşlərin gələ bilməməsi səbəbindən tərəflərin Bakıda keçirilmiş ilk matçında “Viktoriya” tərəfdarlarsız oynamalı olmuşdu. “Qarabağ” isə Çexiya çempionunun razılığına əsasən, qonaq komanda azarkeşləri üçün nəzərdə tutulmuş 2500 bileti satışa çıxarmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top