“Qarabağ”ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarıldı

GÜNDƏM 19.08.2022 1450

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb.

Bununla bağlı Plzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Qeyd edək ki, avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top