Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 19.08.2022 1383

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul ediblər.

Ümumilikdə, müraciət etmiş 200-dən artıq vətəndaş qəbul edilib.

13:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.

Hazırda qəbul davam edir.

 


12:16

Qəbələ rayonunda vətəndaşlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, nazir Qəbələ rayonunda vətəndaş qəbulu keçirir, amma əhali görüşdə iştirak edə bilmir.

Ərazidə izdiham yaranıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top