Azərbaycan Ordusunun polkovnik-leytenantının vəfatı ilə bağlı MN-dən AÇIQLAMA - YENİLƏNİB + FOTO

GÜNDƏM 19.08.2022 1155

“Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.

11:44

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top