İslamiadada Azərbaycan bayraqdarının gümüş medalçı olmasının səbəbi açıqlanıb

Sadə xəbər
GÜNDƏM 19.08.2022 1310

“Bu, demokratik yarışdır”.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində bayraqdarın niyə gümüş medal qazanan basketbolçu Zaur Paşayev olmasına aydınlıq gətirməyə çalışıb:

“Komanda növlərində çıxış edən idmançılarımız heç vaxt bayraq daşımayıblar. İstədik ki, onlar da bu hissi yaşasınlar. Təkcə qızıl medalçıların yox, bütün idmançıların şansı olsun”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top