Zərdab rayon MKS-nin Uşaq şöbəsi Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar ucadan oxu təşkil edib-FOTO

CƏMİYYƏT 18.08.2022 1053

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Uşaq şöbəsi Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar ucadan oxu təşkil edib.
Saat24.Az xəbər verir ki,16 avqust 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşı Elnaz Hüseynovanın təşkilatçılığı ilə Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibətilə kitabxananın həyətində ucadan oxu təşkil edilib.
Tədbirdə Uşaq şöbəsinin fəal oxucuları iştirak ediblər.
Elnaz Hüseynova Mirvarid Dilbazinin yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, müasir şeirimizin qələmi yorulmaz, nəğməkar şairələrindən biri də Mirvarid Dilbazidir. Mirvarid Dilbazi yaradıcılığında uşaqları da unutmayıb. Onun qələmə aldığı “Nağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları” uşaq dünyasını əks etdirən qiymətli kitablardandır. O, kiçikyaşlılar üçün bir sıra poemalar da yaratmışdır: “Xeyir və Şər”, “Reyhan”, “Balaca nümayəndə”, “Qardaşlar”, “Sevincin dünyası”, “Babaların su həsrəti”. Bunlardan “Xeyir və Şər” , Nizaminin “Yeddi gözəl” poemasındakı hekayənin motivləri əsasında yazılmışdır.
Onun poeziyası öz incə, saf səsi ilə çoxdan ürəklərə yol tapıb, xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Şairənin yaradıcılığı haqqında çox yazılıb, çox deyilib,onun əsərləri bu gün də sevilə -sevilə oxunur.
Uşaqlar Mirvarid Dilbazinin "Vətənin keşiyində", “Müəllim” ,“Ana”, "Çoban Qara" və “Ana dilli kitabım” şeirlərini ucadan oxuyublar.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top