Şinzo Abenin güllələndiyi silahın texniki şəkli dərc olundu - FOTO

DÜNYA 17.08.2022 1316

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin güllələndiyi ehtimal olunan əldəqayırma tapançanın texniki şəkli paylaşılıb. Görüntü yerli “The Mainichi” qəzetində dərc olunub. 

Əldəqayırma silahın qabaritləri 40 sm uzunluqda, 20 sm hündürlükdədir. Konstruksiya vinil lentlə lövhəyə bərkidilmiş iki borudan ibarətdir. Batareyaya qoşulmuş elektrik kabeli isə barıtı alovlandırıb. Silah eyni anda altı güllə atmaq və ov tüfəngi kimi iki ardıcıl atəş açmaq üçün nəzərdə tutulub.

Müstəntiqlərin fikrincə, tapançanı sui-qəsdçi, 41 yaşlı yapon Tetsuya Yamaqaminin özü düzəldib. Onun özü də 2021-ci ilin yazından 2022-ci ilin fevralına qədər ən azı altı əldəqayırma silahı sınaqdan keçirdiyini, həmçinin barıtı özünün hazırladığını (kənd təsərrüfatı gübrələrini torpaq və digər materiallarla qarışdıraraq) etiraf edib.

Xatırladaq ki, Şinzo Abe iyulun 8-də insanlar qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən Tetsuya Yamaqami olduğu üzə çıxıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top