Zaxarova: “İclasın vaxtını Bakı və İrəvan müəyyən etməlidir”

DÜNYA 02.08.2022 1443

“Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyə hazırdır. Lakin onun keçirilmə vaxtını Bakı və İrəvan müəyyən etməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında sülh müqaviləsinin hazırlanmasına fəal töhfə verir və delimitasiya prosesinə kömək etməyə hazırdır.

“Bu, iki ölkənin sərhədində və bütövlükdə regionda təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək”, - xarici siyasət qurumunun sözçüsü əlavə edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top