90-cı illərin əfsanəvi “pleyer”i geri qayıtdı - FOTO

DÜNYA 02.08.2022 836

1990-cı illərdə və 2000-ci illərin əvvəlində məşhur olan “Winamp” musiqi pleyeri yeni versiyada geri qayıdıb.

Bildirilir ki, yenilənmə “beta” versiyada mövcuddur. Tərtibatçılar media pleyerinə “Windows 11”lə uyğunluq, “.itz”, “.mdz”, “.s3z” və “.xmz” audio faylları üçün dəstək, podkastlar və yayım üçün bölmə əlavə ediblər. Yeniləmə müəllifləri bəzi səhvləri də düzəldiblər.

İnternet istifadəçilər arasında əfsanəvi sayılan pleyerin yeni versiyası “Windows XP” və “Vista” üçün dəstəyi aradan qaldırıb. “Winamp”ı quraşdırmaq və işə salmaq üçün “Windows 7” və ya “Microsoft”dan daha yeni əməliyyat sistemi olmalıdır.

 



Mənbə: Gearrice

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top