Ağdaş rayon MKS-nin oxu zalında Mirzə Fətəli Axundzadə adlı dəyirmi masa keçirilib-Foto

CƏMİYYƏT 30.07.2022 1417

Saat24.Az xəbər verir ki,29 iyul 2022-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyinə həsr olunmuş “Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundzadə” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Sevgili İbrahimova açaraq bildirib ki, Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir. Oxuculara xidmət şöbəsinin əməkdaşı Müşərrəf Alıyeva dramaturqun həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Metodika və biblioqrafioya şöbəsinin əməkdaşı Xuraman Səmədova dramaturqun yaradıcılığından söhbət açaraq əsərləri barədə məlumat verib. Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx tədbir iştirtakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda “Mirzə Fətəli Axundzadə-210” adlı sərgiyə baxış keçirilib.



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top