Bu gün Məhərrəm ayı başlayır

GÜNDƏM 30.07.2022 1563

Bu gün müqəddəs Məhərrəm ayı başlayır.

Oxu.Az xəbər verir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyulun 30-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2022-ci il avqust ayının 8-nə təsadüf edir.

Aşura İmam Hüseynin və ailəsinin Miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlifə Yezidin sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Həmin tarix Azərbaycanda hüzn günü kimi qeyd edilir.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top