Kürəyində ağrısı olan insanların müalicə vasitəsi kimi əsas səhvləri açıqlandı - FOTO

GÜNDƏM 30.07.2022 1172

Həkim belə vaxtlarda kürəyi dəstəkləmək üçün korset taxmağı tövsiyə edib.

“Quru istilik də mümkündür, məsələn, yundan hazırlanmış xüsusi kəmər yaxşı kömək edir”, - deyə mütəxəssis əlavə edib.

O, kürəkdə baş verən hər kəskin ağrının potensial təhlükədən xəbər vermədiyini vurğulayıb, bununla belə, ağrılara laqeyd yanaşmamağa çağırıb.

“Xüsusilə ağır işdən sonra yaranan ağrı disk yırtığından xəbər verə bilər ki, bu da ciddidir. Amma indi, xüsusən yayda bel əzələləri sıxılmış xəstələr çox olur. Bu, güclü, kəskin ağrı verir, adama elə gəlir ki, nəsə qırılıb, dəhşətli bir şey var. Bu, öz-özünə keçə bilər, ancaq təxminən 30% pasiyentdə xroniki hala çevrilir”, - deyə revmatoloq bildirib.

Belə hallarda həkim MRT-ni tövsiyə edib.

“Əgər bu mümkün deyilsə, ağır yüklənmədən çəkinməli və allergiyanız yoxdursa, iltihab əleyhinə dərmanlar qəbul etməlisiniz. Ancaq üç-dörd gündən sonra yenə ağrı varsa, MRT etməlisiniz”, - deyə Yevdokimenko sözlərini yekunlaşdırıb.

Mənbə: Ura.ru

XƏBƏR LENTİ
20.04.2024 2015

DİGƏR XƏBƏRLƏR

Loading
Top