Güclü zəlzələnin Filippinə vurduğu zərər hesablanıb - VİDEO

DÜNYA 28.07.2022 1195

Filippin hökuməti iyulun 27-də baş vermiş zəlzələnin ölkəyə vurduğu ilkin maddi zərəri hesablayıb.

Bu barədə Filippinin mülki müdafiə departamentinin rəisi Bernardo Alexandro məlumat verib.

“Təbii fəlakətin Filippinə vurduğu zərər 682,8 milyon dollar (1,160 milyard manat) dollar təşkil edir”, - deyə departamentinin rəisi vurğulayıb.

Xatırladaq ki, iyulun 27-də Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib.

Filippin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda zəlzələ nəticəsində altı nəfərin həyatını itirdiyi, 60 nəfərin isə müxtəlif xəsarətlər aldığı bildirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top