Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI

HADİSƏ 28.07.2022 1240

“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.

Bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:

“Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.

Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb. 

İlhamə Əbülfət

Mövzu ilə əlaqədar

Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ FAKTLAR: Əvvəl də intihara cəhd edib - YENİLƏNİB + VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top