Şəhid qardaşı olduğunu iddia edən şəxs evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi - FOTO

GÜNDƏM 28.07.2022 1129

Son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazid əməlləri ört-basdır etmək məqsədi daşıyır:

“Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini olan gənc qadın A.K. uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etdiyini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.

Qadın ərizələrində E.Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K.-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə E.Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü.

Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K.-nın təqibini davam etdirdiyinə görə xanım növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib. Eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər”. 

“Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib”, - deyə məlumatda qeyd edilib.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top