ABŞ-da sərinləşdirici səkilər yaradılıb

DÜNYA 27.07.2022 1285

ABŞ-da təhlükəli istilərlə mübarizə aparmaq üçün qeyri-adi üsul tapıblar.

Belə ki, ölkənin bir neçə şəhərində sərinləşdirici səkilər yaradılıb.

Söhbət günəş işığını əks etdirən və asfaltın çox isinməsinə imkan verməyən yüngül örtüklü yollardan gedir. Oxşar üsul artıq Los-Anceles və Feniksdə sınaqdan keçirilir. Sonuncu yerdə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, yayda havanın temperaturu 38 dərəcəyə çatır, qara asfalt isə 48-67 dərəcəyə qədər qızır.

Feniks səlahiyyətliləri bildirirlər ki, yeni örtüklü yollar asfalt sahələrə nisbətən gün ərzində bir neçə dərəcə sərin olur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top