Göyçay rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar “Mətbuatın banisi Zərdabi” adlı dəyirmi masa keçirilib-Foto

SİYASƏT 25.07.2022 1722

Saat24.Az xəbər verir ki,Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar “Mətbuatın banisi Zərdabi” adlı dəyirmi masa keçirilib. Tədbiri Mərkəzi kitabxananın əməkdaşı Gültac Həsənova açaraq hər kəsi salamlayıb və Azərbaycan torpaqlarının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. Gültac Həsənova ilk mətbuatın yaranma tarixindən, onun fəaliyyətindən və ana dilində ilk nəşrin məhz “Əkinçi” qəzetində nəşr olunmasından danışıb. Sonra Kitabxananın əməkdaşı Güllü Paşayeva “Əkinçi” qəzetinin səhifələrindəki demokratik ideyalardan və ayrı-ayrı fəaliyyətindən söhbət açıb. Sonda sərgiyə baxış keçirilib.







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top