Canet Yellen: “ABŞ iqtisadiyyatı yavaşlayır”

İQTİSADİYYAT 25.07.2022 1338

“ABŞ iqtisadiyyatı yavaşlayır, lakin resessiya əlaməti yoxdur”.

Bu sözləri ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

“Keçən il təqribən 5,5% sürətli artım oldu, pandemiya zamanı işini itirən insanlar əmək bazarına qayıtmağa müvəffəq oldular. Hazırda əmək bazarı çox güclüdür. Bu, resessiyada olan iqtisadiyyat deyil, lakin biz indi artımın yavaşladığı keçid dövründəyik” – deyə nazir bildirib.

Nazir həmçinin ölkədə hazırda inflyasiyanın olduqca yüksək olduğunu qeyd edib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top