Beta talessemiyadan əziyyət çəkən Səidin yardımınıza ehtiyacı var – FOTO

GÜNDƏM 24.07.2022 1292

Bir yaşlı Səid amansız xəstəliklə mübarizə aparır.

Səid Qismət oğlu Namazov beta talassemiyadan əziyyət çəkir. Balaca Səidin müalicəsi üçün ailəsi əldə olan bütün imkanlarından yararlansa da, bu xəstəliklə mübarizə aparmaq artıq onların imkanları xaricindədir.

Səidin anası Səidə Ələkbərovanın bildirdiyinə görə, indi azyaşlının bahalı sümük iliyi transplantasiyasına ehtiyacı var. Bu isə onminlərlə vəsait tələb edən olduqca bahalı və yalnız ölkə xaricində baş tutan əməliyyatdır:

“Konkret olaraq əməliyyat üçün 95 min dollar vəsait tələb olunur. Sevindirici haldır ki, artıq məbləğin böyük hissəsi – 79 min dollardan çox toplanıb. Cəmi 15.500 dollarlıq bir çatışmazlıq var. Xeyirxah insanların yardımları ilə bu məbləği də toplayıb övladımın sağlamlığına qovuşmasını arzulayırıq”.

Valideyn həmçinin bildirib ki, getdikcə uşağın vəziyyətində ağırlaşma yaranır:

“Doğrudur, donor tapmışıq, lakin zaman uzandıqca həm donorluğun müddəti başa çatır, həm də Səidin özünün vəziyyəti ağırlaşır. Artıq qara ciyəri və dalağında genişlənmələr müşahidə olunur. Qısa zamanda əməliyyat etdirməsək, sonra çox gecikmiş olarıq”.

Səidə yardım üçün xüsusi “Instagram” səhifəsi yaradılıb, onun üçün hesab açılıb və xeyirxah, imkanlı insanlardan yardım gözlənilir. Bir yaşlı körpəyə yardım etmək üçün fotolarda qeyd olunmuş bank hesabına, göstərilmiş bank kartına vəsait köçürə bilərsiniz.

Bundan başqa, əlavə məlumat əldə etmək üçün “Instagram” səhifəsi ilə tanış ola, valideynləri ilə əlaqə saxlaya bilərsiniz: +994 77 615 10 14

Gəlin, unutmayaq ki, bir uşağı xilas etmək, bir cəmiyyəti xilas etməkdir.

 

 











XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top