“Atletiko” Ronaldonu almaq üçün Qrizmandan imtina edir - İDDİA

DÜNYA 24.07.2022 1069

“Atletiko” hücumçu Antuan Qrizmanla əməkdaşlığa son qoymağa hazırdır.

“The Times”ın yazdığına görə, Madrid klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu transfer etməyə çalışır.

Bunun üçün klub məvacib xərclərini azaltmalı olacaq.

Məlumata görə, artıq Qrizmanın hesabına buna cəhd edilib.

Fransız futbolçunun müxtəlif komandalara təklif olunduğu iddia edilir. Onların arasında PSJ də var. Lakin parislilər transferdən imtina ediblər.

Qeyd edək ki, Qrizmann hazırda “Barselona”dan icarə əsasında “Atletiko”da çıxış edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top